Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha 1 qarşılaşma baş tutub.
 
A qrupunda yer alan "Sivasspor" evdə "Bursaspor"la qarşılaşıb. Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb.
 
Bu qarşılaşmada futbol üzrə üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara da ilk dəqiqələrdən meydanda olub. O, 90 dəqiqə meydanda olub. 70-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşən millimizin üzvü cəmi 1 dəqiqə sonra da oyunda bərabərlik qoluna imza atıb. Amma 85-ci dəqiqədə komandası daha bir qol buraxaraq, məğlub olub.
 
Türkiyə Kuboku
Qrup mərhələsi
A qrupu
 
Akhisar BS – Əskişəhərspor – 1:1
Sivasspor – Bursaspor – 1:2
 
B qrupu
 
Tokatspor – Qalatasaray – 0:3
Antalyaspor – Elazığspor – 2:1
Shares: