“Bakı” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu gün səfəröncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç fikirlərini açıqlayıb:
 
“3-cü dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədisə, elə də mübarizəni davam etdirməliyik. “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edirəm və ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belədə kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir".
Shares: