"Çelsi" yayda heyətini ulduz forvardla gücləndirmək niyyətindədi. “Zadəganlar” yayda Edinson Kavani və Radamel Falkao kimi hücumçularla anlaşmağa çalışsa da, onlar başqa komandalarla anlaşmışdı. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi bu arzusunu qarşıdakı yayda reallaşdırmaq eşqinə düşüb.
 
Artıq İngiltərə mətbuatı PSJ-də top qovan Kavaninin menecerinin Londonda olduğunu bildirib. O, bura danışıqlar aparmaq üçün yollanıb.
 
Əgər bu keçid baş tutmasa, “Çelsi” "Monako"da forma geyən Falkaoya yönələcək. “Zadəganlar” kolumbiyalıya görə, pulla yanaşı, Romelu Lukakunu da qarşı tərəfə verməyə hazırdı. "Monako" rəqhbərliyi isə hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. 
Shares: