Futbol üzrə Azərbaycan millisinin və “Elazığspor”un yarımmüdafiəçisi Əli Gökdəmir Türkiyə Kubokunun B qrupunun 5-ci turunda “Antalyaspor”a məğlubiyyəti şərh edib. Futbolinfo.az xəbər verir ki, yığmamızın üzvü qardaş ölkə mətbuatına bunları söyləyib:
“Bu mövsüm kubok bizim üçün elə də vacib deyil. Hazırda çempionatdakı vəziyyəti düzəltmək əsasdı. Qarşıda “Kayserispor”la oyun var. Onlara qalib gəlməliyik”.
Qeyd edək ki, Gökdəmirin komandası kubok mübarizəsində qrupda “Qalatasaray” və “Tokatspor”la da rəqabət aparır və beş xalla üçüncü pillədə qərarlaşıb.





