"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini İngiltərə Premyer Liqasında yanvar ayınının ən yaxşı çalışdırıcısı seçilib. Futbolinfo.az xəbər verir ki, dekabrda da mükafata sahib çıxmış çilili mütəxəssis bununla da ardıcıl ikinci dəfə bu uğura yiyələnib.
Bu isə “Mançester Siti”nin tarixində bir ilk olaraq yaddaşlarda qalıb. Pelleqrini həm də Karlo Ançelottidən sonra (2011) Premyer Liqada ardıcıl iki dəfə ayın məşqçisi adını qazanan ilk mütəxəssis olub.
Xatırladaq ki, Pelleqrininin komandası yanvarda keçirdiyi 4 matçın hamısında qələbə qazanmışdı.





