“Bavariya”nın yarımmüdafiə xəttində daha bir itki yaşanıb. Futbolinfo.az xəbər verir ki, fransalı futbolçu Frank Riberi bir müddət həkim nəzarətində olacağından qarşıdakı matçlarda komandasına kömək edə biıməyəcək.
 
30 yaşlı oyunçu yüngül əməliyyat da keçirib. Güman olunur ki, Riberi bir neçə həftə futboldan uzaq qalacaq. Onun Çempionlar Liqasında “Arsenal”a qarşı oynayıb-oynamayacağı da sual altındadı.
Shares: