Ukraynanın "İlliçivets" klubu böyük faciə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, sözügedən komandanın braziliyalı futbolçusu Maykon dünyasını dəyişib.
 
1988-ci il təvəllüdlü hücumçu avtomobil qəzasında həyata gözlərini yumub. Hadisə Ukraynanın Donetsk şəhərində baş verib.
 
Qeyd edək ki, 25 yaşında dünyasını dəyişən Maykon 2012-ci ildən Ukraynada top qovurdu. O, həmin il "Volın"a keçsə də, az sonra sərgilədiyi oyunla "Şaxtyor"a transfer olunmuşdu. Bu mövsüm isə futbolçu "İlliçivets"ə icarəyə verilmişdi.
 
Maykon "Atletico Mogi", "Styaua", "Zorya" kimi klublarda da çıxış etmişdi.
Shares: