AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
“Oyunun çətin olacağını bilirdik. 11 nəfər 14 nəfərə qarşı oynaya bilməz. Nəticədən narazı qaldım. Oyunumuzdakı çatışmazlıqları aradan qaldırmalıyıq”.
Shares: