"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qələbəyə görə çox sevinirəm. Az komanda bu meydanda xal qazana bilir. Sona qədər çox əziyyət çəkdik. "Simurq" zəif komanda deyil və evdə çox yaxşı oyun göstərirlər. İkinci hissə başlayanda çox çətinlik çəkdik, qapımızda təzyiq vardı. Sona kimi mübarizə apardıq və qapımızı toxunulmaz saxlaya bildik. Ən xoşuma gələn isə meydanda komanda, mehribanlıq gördüm. Bu da məni çox sevindirdi. Artıq 2 gündü burdayıq və deyə bilərəm ki, bizə qarşı çox yaxşı rəftar etdilər. Buradan 3 xal apardığım üçün üzülürəm. Biz qış toplanşını İspaniyada keçdik. Fərqli, güclü rəqiblərə qarşı oyunlar keçirdik. Heç kim bir komandanı 5-6 aya qura bilməz. İstər Qvardiola olsun, istərsə də Mourinyo. Mən transfer edəndə yalnız lazım olanı gətirirəm. Deməzdim ki, "Bakı" qoldan sonra müdafiə oyunu oynadı. Sadəcə, "Simurq" bizi məcbur etdi ki, müdafiədə oturaq".





