Futbol üzrə Türkiyənin PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" doğma meydanda "Bucaspor"la qarşılaşıb.
 
Oyun qonaq komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Son oyunlarda Saşaya şans verməyən "Dənizlispor"un baş məşqçisi Özcan Bizati futbolçumuzu yenə ehtiyatda saxlayıb.
 
Qeyd edək ki, "Dənizlispor" 23 oyundan sonra 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Shares: