Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununu izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ilə bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
 
"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu. "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdı. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".
Shares: