Türkiyənin “Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli ilə görüşməyə hazırlaşdığını bildirib. Futbolinfo.az xəbər verir ki, görüş bu gün baş tutmalıdı.
 
Klub rəhbərliyi hesab edir ki, komandanı çətin vəziyyətdən yalnız Mustafa Dənizli çıxara bilər.
 
Xatırladaq ki, Super Liqanın 20-ci turundan sonra “Trabzonspor”un baş məşqçisi Mustafa Rəşid Akçay istefa verib. Bu üzdən klub ona əvəzləyici axtarır. Trabzon təmsilçisi hazırda yarış cədvəlində 29 xalla 9-cu pillədə qərarlaşıb.
 
Maraq üçün bildirək ki, Dənizli Türkiyənin üç ən böyük klubu – "Beşiktaş", "Qalatasaray" və "Fənərbaxça"da çalışsa da, "Trabzonspor"un baş məşqçisi olmayıb.
Shares: