“Barselona" rəhbərliyi komandaya köhnə-yeni məsləhətçi gətirmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, katalonlar vaxtilə burada həm futbolçu, həm məşqçi, həm də məsləhətçi kimi çalışmış klub əfsanəsi Yohan Kroyfu yenidən “Nou Kamp”a gətirməyi planlaşdırır.
Prezidenti Xosep Mariya Bartomeu bu haqda danışıb: "Kroyfun yaxınları ilə danışıqlara başlamışıq. O, bizim üçün çox önəmli biridi. Yavaş-yavaş hər şey əvvəlki kimi olacaq. Danışıqlarımız artdıqca münasibətlər də yaxşılaşacaq".
Qeyd edək ki, Kroyf ötən həftələrdə istefa verən "Barselona" prezidenti Sandro Rossellin gəlişindən (2010) sonra buradan ayrılmışdı.





