Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə futbol həvəskarlarının görüşünə gəlib. Futbolinfo.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub.
 
Proqramın bu dəfəki qonaqları Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov, "Rəvan"ın türkiyəli baş məşqçisi Güvənc Kurtar və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırkı durumu müzakirə edilib, Topaz Premyer Liqasının oyunlarından söhbət aparılıb. Qəbələ və Lənkəranda baş tutan mərkəzi görüşlərin pərdəarxası məqamlarına toxunulub.
 
Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. Verilişin videoyazısını sizə təqdim edirik:
 

Shares: