İtaliyanın “Milan” klubu ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, fevarlın 19-da Çempionlar Liqasının 1/8 finalında “Atletiko” (Madrid) ilə oyuna hazırlaşan komanda braziliyalı ulduzu Robinyodan pis xəbər alıb. Həkimlər “sambaçı”nın bu qarşılaşmada meydana çıxmaq iqtidarında olmadığını qeyd ediblər.
Qeyd edək ki, 30 yaşlı futbolçu İtaliya A Seriyasının 23-cü turunda “Napoli” ilə matçında sol ayağından zədələnmişdi. Klubun rəsmi saytının verdiyi xəbərə görə, Robinyo fevralın sonlarında sağalacağı üçün ÇL matçında komandasına kömək edə bilməyəcək.





