PSJ klubu "Çelsi"nin stopperi David Luizin transferi üçün təkidlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu haqda Parisin məşhur "L'Equipe" qəzeti məlumat yayıb.
Xəbərə görə, fransızlar braziliyalı futbolçunun transferilə bağlı yenidən "Çelsi"yə müraciət edib. Onlar Luizin yayda keçidi üçün istənilən məbləği verməyə hazır olduğunu bildirib. Lakin "zadəganlar”ın baş məşqçisi Joze Mourinyo 26 yaşlı futbolçunu buraxmaq fikrində deyil.
Qeyd edək ki, "Barselona" və "Bavariya" da Luzin keçidində maraqlıdı.
<





