Bu gün Topaz Premyer Liqasında 3-cü turun qarşılaşmalarına start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 1 görüş baş tutub.
Günün ilk və yegnə start fiti Lənkəranda səslənib. "Xəzər Lənkəran" doğma arenada "Rəvan"la üz-üzə gəlib. gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, cari tur cərçivəsində sabah da 3 qarşılaşma keçiriləcək.
 
Topaz Premyer Liqası
3-cü tur
22 avqust (şənbə)
“Xəzər Lənkəran” – “Rəvan” 1:1
Qollar: Rahid Əmirquliyev, 87-p. – Ramazan Abbasov, 54.
Qırmızı vərəqə: Elşən Rzazadə, 47 (Xəzər Lənkəran). Adrian Skarlatake, 90 (Xəzər Lənkəran)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Xəzər Lənkəran" mərkəzi stadionu
 
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə

“Rəvan”: 32. Kostyantin Maxnovskiy, 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 11. Şeriff Suma, 92. Yamin Ağakərimzadə,18. Samuel Barlay,99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev,17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 14. Elvin Əliyev, 24. Elçin İsmayılov, 13. Cəmşid Məhərrəmov, 7. Elvin Həsənəliyev, 77. Cavad Kazımov, 86. Fərid Quliyev

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp