Gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq. Alberto Blankonun planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi yer alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp