Azərbaycan millisinin üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda debüt edib.

Futbolinfo.az xəbər verir ki, İsrafilov “Penanq”a qarşı keçirilmiş oyunun iştirakçısı olub.

Meydana start heyətində daxil olan yarımmüdafiəçi sona qədər oynayıb.

Oyun İsrafilovun komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Johor” 10 turdan sonra 25 xalla liderdir.

İsrafilov Azərbaycanda “Neftçi”də forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp