Kişi basketbolçular arasında 2025-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Xatırladaq ki, çempionat avqustun 27-dən sentyabrın 5-dək Latviya, Finlandiya, Polşa və Kiprdə keçiriləcək. Final mərhələsi sentyabrın 6-dan 14-dək Latviyanın paytaxtı Riqada baş tutacaq. Dörd qrupa bölünəcək turnirdə 24 milli komanda iştirak edəcək.

Türkiyə milli komandası ən çətin qruplardan birinə düşüb. Qardaş ölkənin komandası Serbiya ilə eyni qrupda yarışacaq.

A qrupu. Serbiya, Latviya, Çexiya, Türkiyə, Estoniya, Portuqaliya

B qrupu. Almaniya, Litva, Monteneqro, Finlandiya, Böyük Britaniya, İsveç

C qrupu. İspaniya, Yunanıstan, İtaliya, Gürcüstan, Bosniya və Herseqovina, Kipr

D qrupu. Fransa, Sloveniya, Polşa, İsrail, Belçika, İslandiya

a301d9f9 04a9 44e5 80ec 3a5b46277cdd - Futbolinfo.az
Shares: