Vaxtilə dünya reytinqində 488-ci pillədə olan fransız tennisçi Kventin Foqlio danışılmış oyunlarda fırıldaqlara görə 20 illik cəza alıb. Bu barədə Beynəlxalq Ədalətli Tennis Təşkilatı (ITIA) məlumat yayıb.
ITIA-nın araşdırması nəticəsində 26 yaşlı Foqlionun fəaliyyət göstərən oyunçular şəbəkəsində mərkəzi fiqur olduğunu ortaya çıxarıb. Tennisdə korrupsiyaya qarşı mübarizə proqramının 27 pozulma faktı aşkar edilib. Bunlara oyun nəticələrini saxtalaşdırmaq, nəticələri təhrif etmək üçün digər oyunçulara ödəniş təklif etmək və faktların aradan qaldırılması cəhdləri daxildir.
Cəzaya əlavə olaraq, Foqlio 70 000 dollar cərimə olunub.






