“Çelsi” “Əl Əhli”nin baş məşqçisi Mattias Yaysleni Rosenyorun yerinə potensial namizəd görür.

38 yaşlı alman mütəxəssis 2023-cü ilin iyul ayından “Əl Əhli”ni çalışdırır. Onun müqaviləsi gələn ilin yayına qədərdir. Yayslenin rəhbərliyi altında komanda 131 matçda 86 qələbə qazanıb, 21 heç-heçə edib və 24 dəfə məğlubiyyətə uğrayıb.

Alman məşqçi ondan əvvəl “Zaltsburq” və “Lieferinq”i də çalışdırıb.

Mənbənin məlumatına görə, digər namizədlər də nəzərdən keçirilir. “Çelsi” Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann ilə əlaqə saxlamağa ümid edir. Siyahıdakı digər namizədlər arasında istefa verən məşqçilər Oliver Qlasner (“Kristal Pelas”) və Andoni İraola (“Bornmut”), eləcə də “Komo”nun məşqçisi Sesk Fabreqas da var.

07da65cc 9a11 45c3 8c16 a66797c08386 - Futbolinfo.az
Shares: