Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsümün sonunda Polşanı tərk edəcək.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu klubu “Motor”la yeni müqavilə imzalamayacaq.
Dadaşov nəinki Lublin klubunda, hətta Polşada qalmayacaq. Çünki həm yerli klublardan ona maraq yoxdur, həm də futbolçu özü ora uyğunlaşa bilmədiyini düşünür. Dadaşov “Motor”dan əvvəl Polşada “Radomyak”ın formasini geyinib.
Millimizin üzvünün karyerasını harada davam etdirəcəyi hələlik qeyri-müəyyəndir. Onun Azərbaycana köçməsi də istisna deyil. Çünki “Zirə” artıq bir müddətdir forvardın keçidində maraqlıdır.
Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Almaniya, Portuqaliya, İngiltərə, İsveçrə və Türkiyədə çıxış edib.






