Fransa Prezidenti Emmanuel Makron 2026-cı il Dünya Çempionatından əvvəl milli komanda ilə görüşüb. O, həyat yoldaşı Bricit Mari-Klodla birlikdə milli komandanın Klerfontendəki təlim-məşq bazasına baş çəkib.

Milli komandanın oyunçuları və məşqçi heyəti Fransa prezidenti və birinci xanımı ilə şəkil çəkdiriblər.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Fransa qrup mərhələsində Seneqal, İraq və Norveçlə oynayacaq.

Xatırladaq ki, 2 gün əvvəl Makron Çempionlar Liqasındakı qələbədən sonra Yelisey Sarayında PSJ klubunun oyunçularını qəbul etmişdi.

Shares: