UEFA Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması müddətini 2027-ci ilin yayına qədər uzadıb. Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.
UEFA İcraiyyə Komitəsi növbəti mövsüm üçün avrokubok iştirakçılarının siyahısına dəyişikliklər edib. Bu, Rusiya klublarının və yığmalarının UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılmasının davam etməsi ilə əlaqədar olub.
Başa çatmış mövsümün yekunlarına əsasən, Rusiya ittifaqın əmsallar cədvəlində 28-ci yeri tutub. Reqlamentə görə, bu ona avrokuboklarda iştirak etmək üçün dörd klubu göndərmək hüququ verə bilərdi.
Ukraynadakı müharibəyə görə Rusiya 2022-ci ilin fevralından FIFA və UEFA-nın sanksiyaları altındadır.






