Əfsanəvi amerikalı restler və Hollivud aktyoru Dueyn Conson, televiziya aparıcısı və aktyor Mario Lopez, musiqiçi və aktyor Cared Leto, eləcə də komediya aktyoru Adam Sendler Ağ Evdə keçiriləcək böyük UFC turnirinə tamaşaçı qismində qatılmaqdan imtina ediblər.
ABŞ mətbuatının məlumatına görə, tədbir əsasən ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxınlıq nümayiş etdirmək istəyən şəxslərin və onun tərəfdarlarının diqqətini cəlb edir. Adları çəkilən şəxslər isə hazırkı iqtidarı dəstəkləmədiyinə görə mərasimə qatılmaq istəmir. Bəziləri hətta Ağ Evdəki döyüş gecəsini Trampın nüfuzunun təbliğatı kimi təqdim edir.
Xatırladaq ki, UFC turniri iyunun 14-də Ağ Evin önündəki çəmənlikdə keçiriləcək.






