İspaniya millisinin hücumçusu Mikel Oyarzabal milli komandanın tarixində ən çox qol vuran futbolçuların siyahısında yeddinci pilləyə yüksəlib.
Dünən 29 yaşlı forvard DÇ-2026 çərçivəsində Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda (4:0) dubl rəsmiləşdirib. Hazırda Oyarzabalın hesabında 55 matçda 27 qol var. O, Emilio Butraqenyonu (26) geridə qoyub və Fernando Moryentesə çatıb.
Milli komandanın tarixində rekordçu 59 qolla David Vilyadır. İlk üçlüyə həmçinin Raul (44) və Fernando Torres (38) daxildir.






