Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Cüdo Federasiyasının yeniyetmə oğlan və qız, həmçinin Azərbaycan Karate Federasiyasının idmançıları üçün maarifləndirici antidopinq seminarı keçirilib.

Futbolinfo.az xəbər verir ki, seminarda qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi barədə məlumat verilib.

İnteraktiv formatda təşkil olunan tədbirin əsas məqsədi idmançılar arasında məlumatlılığı artırmaq, risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.

Shares: