“Palmeyras”ın yarımmüdafiəçisi Rikelme Filippi karyerasını MLS-də davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Transferin detalları açıqlanmayıb. Ancaq “transfermarkt”ın məlumatına görə, “İnter Mayami” braziliyalı futbolçunun hüquqlarının 60 faizini 4,2 milyon avroya əldə edib.
Rikelme Florida təmsilçisi ilə müddəti 2030-cu ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Palmeyras” akademiyasının yetirməsi olan vinger klubun əsas komandasında 11 oyuna çıxıb.
