Ölkə futbolu
"Zirə"nin Babayev arzusu reallaşmadı
Növbəti mövsüm Topaz Premyer Liqasında iştirak edəc…
Növbəti mövsüm Topaz Premyer Liqasında iştirak edəcək “Zirə” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq əsas komandaya bəzi futbolçuları cəlb edən debütant əvəzedici heyət üçün də hazırlıqlar görür.
Artıq bununla bağlı ilk addım da atılmışdı. Bir neçə gün öncə xəbər veridyimiz kimi zirəlilər “Simurq”un əvəzedici komandasının baş məşqçisi Rövşən Babayevə də təklif göndərmişdi. Lakin bu sövdələşmə baş tutmayıb. Belə ki, “Simurq” rəhbərliyindən xəbər gözlədiyini bildirən Babayev onlardan müsbət cavab alacağı təqdirdə “ağ-göylər”lə saziş bağlayacaqdı. Lakin bu anlaşma baş tutmayıb. Xəbəri “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu da təsdiqləyib.
Bir neçə gün öncə “Simurq”un yenidən dirçələcəyi ilə bağlı məlumatlar yayılmışdı. Maraqlıdı, görəsən, keçidin baş tutmamasında bunun nə dərəcədə rolu var. Məsələni aydınlaşdırmaq üçün Rövşən Babayevlə günboyu əlaqə saxlamağa çalışsaq da o, zənglərimizə cavab verməyib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”