Müsahibə
İlqar Qurbanov: "Tottenhem" Bakıya gələndə hamı deyirdi…"
Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "İnter"i 1:0 hesabı ilə məğlub edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra jurnalistlərə açıqlama verən ev sahibi komandanın müdafiəçisi İlqar Qurbanov bu sözləri deyib:
– Maraqlı oyun alındı. Hər iki komanda yaxşı təşkil olunmuşdu. Əsas olan 3 xal idi və bunu qazandıq. Ağır oyunlar arasında belə qələbə bizə lazım idi.
– Ən yaxın təqibçinizlə aranızda 9 xal fərq var idi. Bu komandada arxaynçılıq yaratmır?
– Biz bunu fikirləşmirik. Əvvəlki mövsümlərə nəzər salsaq, 12-13 xal irəlidə olduğumuz vaxtlar olub, amma sonra bu xal fərqi 3-4-ə enib. Əgər bunlara diqqət yetirsək, xal itirərik. 3 xallıq sistemdə 9 xal heç nədir. Hər oyuna çıxanda yalnız qələbə qazanmaq haqda fikirləşirik.

– Sanki digər komandalar "Qarabağ"a qarşı müqavimət göstərə bilmir…
– "Neftçi"yə məğlub olduq. Deməzdim ki, heç bir rəqib müqavimət göstərmir. Hər bir komanda bizə qarşı həvəslə oynayır. Bizim üçün heç bir oyun asan olmur. "İnter" də bu gün ağılla oynadı. Yəqin ki, "Qarabağ"dan çəkinirlər. Ona görə ciddi hazırlaşırlar.

– Avroliqada çıxışınızı davam etdirə biləcəksiz?
– Hər bir futbolçunun istəyidir ki, Avroliqada çıxışımızı davam etdirək. Bizi çətin oyun gözləyir. Bu oyunu udmalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.

– Çox güman ki, "Anderlext"lə qarşılaşmada meydanda sən olacaqsan…
– Əsas odur ki, komandada zədəli olmasın. Əgər mənə şans verilsə, meydanda əlimdən gələni edəcəm. Hər şey baş məşqçinin qərarından asılıdır. Ehtiyac olanda mən oynayıram. Çalışıram ki, etimadları doğruldum.

– Düşünmürsən ki, "Tottenhem" Londonda "Monako"ya güzəştə gedəcək?
– Buna inanmıram. "Tottenhem" Bakıya gələndə hamı deyirdi, 2-3-cü heyətlə gələcək, amma onlar peşəkar olduqlarını göstədrilər. Onların azarkeşləri önündə "Monako"ya güzəştə gedəcəklərini düşünmürəm.

- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”