Ölkə futbolu
Almeyda “Anderlext”lə matçı buraxa bilər
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu &cc…
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində “Qarabağ” səfərdə “Anderlext”lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, komanda səfəröncəsi daha bir itki ilə üzləşib.
Belə ki, Ağdam təsmilçisinin aparıcı futbolçularından olan Riçard Almeyda zədələnib. Yarımmüdafiəçi Belçikaya aparılacaq, amma onun meydana çıxıb-çıxmayacağı hələ ki, bəlli deyil. Bu haqda saytımıza məlumatı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov verib.
Bundan başqa, Belçikaya aparılacaq digər zədəli Ansi Aqollinin də bu qarşılaşmada iştirak edib-etməyəcəyi sual altındadı.
Qeyd edək ki, sözügedən qarşılaşma ayın 10-u, saat 00:05-də start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”