Ölkə futbolu
"Qəbələ"də 6 aylıq xələf
"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardı…
"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardın qəfil gedişi klubu çətin vəziyyətə salıb. 2013-cü ilin aprelindən "qırmızı-qaralar"ın akademiyasına rəhbərlik edən hollandiyalı mütəxəssis bununla həm də işini yarımçıq qoyub.
Futbolinfo.az xəbər verir ki, 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Daha sərfəli təklifə görə ölkəmizdən ayrılan təcrübəli mütəxəssisin xələfi isə tezliklə bəlli olmayacaq.
Stenli Brarın müavini olmuş Nail Kərimovun verdiyi məlumata görə, yayda müqaviləsi bitəcək hollandla yanvarda yen anlaşma imzalanmalıymış. Ancaq o, daha sərfəli təklif aldığından ölkəmizi tərk edib. "Qəbələ" Futbol Akademiyası müvəqqəti olaraq, baş məşqçi Halim Fıçıcıya tapşırılıb. Tələsik qərar verib direktor təyin etməkdənsə, qəbələlilər yaya kimi ən yaxşı variantı axtaracaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”