Bizi izləyin

Milli komanda

Mustafayev: "Yığmamızın qrupda qalmasının bir neçə səbəbi var"

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında …

blank
19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunun oyunlarının Bakıda keçirilməsi barədə yazmışdıq. Təəssüf ki, Nazim Süleymanovun rəhbərlik etdiyi Azərbaycan yığması Ukrayna (0:4), Türkiyə (0:1) və Bosniya və Herseqovina (1:0) ilə mübarizədə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyərək, 3 xalla qrupda 3-cü yeri tutub.
U-19-un heyətində “Qəbələ” klubunun 6 üzvü – Bəhlul Mustafazadə, Emin Zamanov, Yusif Nəbiyev, Roman Hüseynov, Ayxan Əsədov, Elnur Orucov eləcə də, icarə əsasında “Kəpəz”də çıxış edən Əli Səmədov da yer alıb. Bu gün həmin futbolçulardan biri, “Qəbələ”nin əvəzedici heyətinin müdafiəçisi, eləcə də milli komandamızın kapitanı Bəhlul Mustafazadənin turnir barədə fikirlərini diqqətinizə çatdırırıq.
Əvvəla onu deyək ki, yığmamızın hər 3 oyununda kapitanlıq məsuliyyətini öz üzərinə götürən Bəhlul seçmə mərhələdə vurduğumuz yeganə qolun müəllifi və qazandığımız tək qələbədə əsas pay sahibi olub. Lakin çox təəssüf ki, onun fəallığı, ustalığı da komandamızın uğurlu çıxışına kifayət etməyib. Mustafayevin fikrincə, uğursuzluğu bir neçə amillə əlaqələndirmək mümkündür:
“Məqsədimiz elit mərhələyə adlamaq idi. Təəssüf ki, bunu bacarmadıq. Çox məyusuq. Yığmamızın qrupda qalmasının bir neçə səbəbi var. Başlıca amil meydanda kifayət qədər intizamlı olmamağımızdır. Bundan başqa, bəzi oyunçularda psixoloji hazırlığın az, yaxud heç olmamasını göstərə bilərəm”.
U-19-un ən zəif çıxışı ikinci turda Türkiyə ilə görüşə təsadüf edib. Birinci hissədə penaltini qola çevirə bilməyən, uzun müddət say üstünlüyünə baxmayaraq, rəqibin müqavimətini qırmağı bacarmayan yeniyetmə futbolçularımız 0:1 hesabı ilə məğlubiyyətə uğrayıblar. Bu nəticə millimizin qrupdakı taleyinə böyük ölçüdə aydınlıq gətirib. Bəhlul Türkiyə ilə matçı “pis yuxu” adlandırıb: “Türklərlə qarşılaşmada şanslarımızı boşa verdik. Bu, bizim üçün pis bir yuxu idi”.
18 yaşlı futbolçu seçmə mərhələdə öz oyunundan da razı qalmayıb: “Bəzi şeyləri daha yaxşı edə bilərdim. Amma istənilən halda, seçmə mərhələ mənim üçün yaxşı təcrübə oldu. Güclü və zəif cəhətlərimi görüb analiz etmək, nöqsanları düzəltmək, güclü nöqtələrimi isə daha da təkmilləşdirmək fürsəti qazandım”.
Mustafayev yığmanın formasını geyən digər “Qəbələ”lilərin də çıxışına da toxunub: “Onların hamısı milli komanda üçün önəmli oyunçulardır. Yığmaya kömək etmək üçün çox çalışdılar. Ancaq düşünürəm ki, onlar potensiallarını tam göstərə bilmədilər. “Qəbələ”dəki komanda yoldaşlarım bundan artığına qadirdirlər”.
Maraqlıdır ki, Bosniya və Herseqovina komandasının qapısına vurulan qolun həm müəllifi, həm də assisenti “Qəbələ”nin üzvləridir. Bəhlula qolun ötürməsini “qırmızı-qaralar”ın əvəzedici heyətində çiyin-çiyinə oynadığı Roman Hüseynov verib: “Cərimə zərbəsindən öncə Romana topu hara qaldırmaq lazım olduğunu söylədim. Onun ideal ötürməsindən sonra fərqləndim. Ancaq qol vurduqdan sonra sevinmədim. Komanda yoldaşımın topu tez götürüb, mərkəzə gətirməsini istədim. Çünki bizə hələ bir qol da lazım idi”.
Amma yığmamız Bosniya və Herseqovinanın qapısına bir daha yol tapa bilməyib. Bu azmış kimi, qrupun digər matçında birinci hissəni 3:0 hesabı ilə öndə bitirən Ukrayna fasilədən sonra Türkiyə millisinin 4 qoluna şahidlik edib. Hərçənd, bu oyunda bizə məhz “ay-ulduzlular”ın məğlubiyyəti sərf edirdi. Ukrayna – Türkiyə qarşılaşmasında hadisələrin gedişatının qəfil dəyişməsi, ikinci hissədə qrup liderinin ardıcıl 4 top buraxması bəzi söz-söhbətlərə əsas yaradıb. Lakin Bəhlul ukraynalıların bilərəkdən uduzması variantını yaxına buraxmır: “Vəziyyəti özümüz kritik həddə çatdırdıq. Yəni, günahı başqasında axtarmamalıyıq. İnanın ki, türklər bizimlə oyuna çox ehtiyatla çıxmışdılar, 1 xal belə onlar üçün yaxşı nəticə sayılacaqdı. Ancaq zəncirvari səhvlərin ucbatından məğlub olub, şansımızı əldən verdik və son tur ərəfəsində Ukraynadan asılı vəziyyətə düşdük. Ukraynalıların axırıncı turda Türkiyəyə oyun “satmasına” isə inanmıram”.
Bəli, bu, “pis yuxu” görən, geyindiyi formanın məsuliyyətini anlayan və doğma azarkeşlər önündə yığmamıza təsəlli qələbəsi gətirən kapitanın fikirləri idi. Seçmə mərhələ Bəhlul üçün uğursuz alınsa da, onun Azərbaycan milli komandaları ilə bağlı ciddi planları və arzuları var: “Öz üzərimdə çalışıb, öncə U-21-in heyətinə dəvət almaq və orada möhkəmlənmək niyyətindəyəm. Təbii ki, ən böyük arzum Azərbaycanın əsas milli komandasında forma geyinməkdir. Bunun hələ tez olduğunu bilsəm də, hədəfim bəllidir”.
("Qəbələ İK" qəzeti)
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm