Dünya futbolu
Vüqar het-trik, Orxan dubl etdi
Futbol üzrə Latviya birinci liqasında 5-ci turun oyunları ke&c…
Futbol üzrə Latviya birinci liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Preilu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0. Matçdakı bütün qolların da müəllifi elə start heyətdə meydana çıxan azərbaycanlılar olub. Belə ki, 27-ci dəqiqədə hesabı açan Orxan 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Vüqarın ayağı isə son 16 dəqiqədə açılıb. O, 74, 75 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Əsgərovdan fərqli, Həsənəliyev 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 4 xal toplayan "Olayne" 15 klub arasında 8-ci pillədə qərarlaşıb. Futbolçularımız vurduqları qollarla komandalarına mövsümdə ilk qələbəni qazandırıblar.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”