Ölkə futbolu
“Qarabağ”ın futbolçusu 30 yaşında karyerasını bitirdi
“Qarabağ” daha bir futbolçu ilə yollarını ayır…
“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Tərlan Quliyev, Fərhad Vəliyev və Samuel Armenterosla yanaşı, bundan sonra Namiq Yusifov da Ağdam klubunun formasını geyinməyəcək.
Digərlərindən fərqli, Yusifov başqa komandada çıxış etməyəcək. Çünki yarımmüdafiəçi karyerasını bitirmək qərarına gəlib. Ötən mövsüm Premyer Liqada cəmi 3 matçda meydana çıxan Namiq 30 yaşında butslarını mıxdan asıb. Məlumatı əməkdaşımızla söhbətində gənclər millimizin sabiq üzvü özü də təsdiqləyib.
Karyerasını bitirməsinə baxmayaraq, Yusifov “Qarabağ”dan ayrılmayacaq. O, ölkə çempionunun Avstriyadakı təlim-məşq toplanışına qatılacaq. Amma futbolçu kimi yox. Namiq, çox güman ki, bundan sonra Ağdam təmsilçisində məşqçi kimi fəaliyyət göstərəcək. Ancaq onun əsas komandada köməkçi-məşqçi, yoxsa aşağı yaş qruplarında məşqçi kimi çalışacağı hələ məlum deyil.
Qeyd edək ki, 2008-ci ildən bəri “Qarabağ”ın formasını geyinən Namiq Yusifov karyerası ərzində “Şəfa”, “MKT-Araz” və “Neftçi”də də çıxış edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”