Premyer-liqa
Yeni mövsümün püşkü atıldı
Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümü…
Bu gün Topaz Premyer Liqasının 2016/2017 mövsümünün püşkatması keçirilib. Futbolinfo.az xəbər verir ki, sayca 25-ci – yubiley ölkə çempionatının iştirakçıları ilk turdakı rəqiblərini tanıyıb.
AFFA-nın inzibati binasında baş tutan tədbirə qarşıdakı mövsümün 8 iştirakçısı qatılıb. Tədbirdə çempionatın startının tarixi də açıqlanıb.
Mövsümə avqustun 6-da start veriləcək. Həmin gün başlayacaq ilk tur ayın 7-də yekunlaşacaq.
Son 3 mövsümdə olduğu kimi, yenə 4 dövrədə mübarizə aparacaq komandalar ilk turda 4 cütlük təşkil edib. Peşəkar Futbol Liqası ilk turun qarşılaşmalarını sonradan günlər üzrə böləcək. Eyni zamanda mövsümün tam təqvimi də bir neçə günə bəlli olacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
6-7 avqust
“Qarabağ” – “İnter”
“Qəbələ” – “Kəpəz”
AZAL – “Neftçi”
“Zirə” – “Sumqayıt”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”