Dünya futbolu
Konfederasiyalar Kubokunu Almaniya qazandı
Rusiyada təşkil olunmuş FİFA Konfederasiyalar Kubokuna yekun vurul…
Rusiyada təşkil olunmuş FİFA Konfederasiyalar Kubokuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, yarışın son günündə həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gəlib.
Əvvəlcə bürünc medalın taleyi həll olunub. Portuqaliya Meksika ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalib isə əlavə vaxtda müəyyənləşib. Penalti vurmaq şansı qazanan Portuqaliya yığması bu fürsətdən yaxşı yararlanıb və turnirin bürünc medallarına sahib çıxıb.
Həlledici oyunda isə Almaniya ilə Çili qarşılaşıb. Finalın taleyini bir qol həll edib. Almaniya yığmasının heyətində Ştindlin 20-ci dəqiqədə vurduğu qol bu komandanı çempion edib.
Beləcə, Almaniya yığması tarixində ilk dəfə Konfederasiyalar Kubokunun qalibi adını qazanıb. Bundestim sadəcə, 2005-ci ildə baş tutan Konfederasiyalar Kubokunda bürünc medal qazana bilmişdi. Bu turnirin ən çox qalibi olan kollektiv isə Braziliya yığmasıdı – 4 dəfə.
FİFA Konfederasiyalar Kuboku
2 iyul
3-cü yer uğrunda oyun
Portuqaliya – Meksika – 2:1
Qol: Pepe, 90. A.Silva, 104-pen. – Neto, 55-öz qapısına.
Moskva, “Spartak Stadionu”.
Final
Çili – Almaniya – 0:1
Qol: Ştindl, 20.
Sankt-Peterburq stadionu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib