Bizi izləyin

Ölkə futbolu

Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?

2000-ci illərin əvvəlləridi. Müstəqil Azərbaycanın yeni id…

blank

2000-ci illərin əvvəlləridi. Müstəqil Azərbaycanın yeni idman teleşərhçiləri yetişməyə başlayır – Elnur Əşrəfoğlu və Altay Əliyev. Gəncdilər, bu sahədə yenidilər, işlərində hansısa çatışmazlığın olması mümkündü. Belə vaxtda ən çox uzun illər sovet jurnalistika məktəbini keçmiş veteranların köməyinə və dəstəyinə ehtiyacları var. Elə bu məqamda Cingiz İsmayılov ağsaqqal nəsihəti vermək, şərhçilikdə doğru yol göstərmək əvəzinə mətbuatda onları az-qala asıb kəsir.

Aradan 16-17 il keçib. Bu yaxınlarda Çingiz İsmayılovun daha bir müsahibəsi vardı. Fikirlər yenə dəyişməyib. Mən, biz… İndikilər isə, onun fikrincə, jurnalist və şərhçi deyillər!

Bu gün “Futbol+”də veteran jurnalistimiz Aydın Əliyevin də müsahibəsini oxudum. O da elə təxminən Çingiz müəllimin dediklərini dəstəkləyir. Doğrudu, bir təcrübəli, peşəkar və ağsaqqal jurnalist kimi haqlı iradları, narahatlıqları da var. Buna görə Aydın müəllimə “sağ ol” deyirəm və gəlirəm başqa bir məsələyə.

Sovet jurnalistikasının yetirməsi olan şərhçilərə həmişə elə gəlib ki, bizdə idman jurnalistikası və teleşərhçilik elə ancaq SSRİ-nin dövründə güclü olub, indikilər isə, kobud desək, bir işə yaramırlar. Söhbət düşəndə də müasir idman jurnalistikasından (ən çox da teleşərhçilərdən) ancaq narazılıq edirlər. Bu məqamda nabələd adam təəccüb qalar və elə fikirləşər ki, görün, bizim jurnalistika nə gündədi ki, Sovetlər dağılandan sonra, yəni son 26 ildə bir normal şərhçi belə yetişməyib.

Amma baxırsan “İdman Azərbaycan”a, “CBC Sport”a, neçə-neçə istedadlı, bacarıqlı, potensialı yüksək olan gənc şərhçilərimiz var. Hərçənd bizim dəyərli ağsaqqallarımız nəyə görəsə birinin belə adını çəkmir. Səbəb nədi: qısqanclıq, paxıllq, ya nə?

Soruşanda ki, gənc şərhçilərimizin problemi nədi? Deyirlər, dilimizə çox əcnəbi söz gətiriblər. Bir dəfə biri hətta demişdi ki, aut sözünü çox işlədirlər. Təsəvvür edin də. İndi siz söyləyin, artıq bütün dünya şərhçilərinin dilinə girmiş üç hərfdən ibarət aut sözünün nəyi pisdi? Axı, məsələn, Elnur Məmmədli “topu oyuna yan xətdən daxil edir” söyləyənə qədər oyun qurtaracaq…

Amma görünür, doğma dilimizin keşiyini çəkmək indi ancaq Sovet şərhçilik məktəbinin ən son yetirməsi Fikrət Adıgözəllinin işidi. Kilometlərlə uzunluqda cümlələr qurub danışsın, bütün ölkə də yuxuya gedib, hesabı ertəsi günü “Livescore”dən öyrənsin. Yəqin elə sovet jurnalistika məktəbinin nümayəndələrinin də istəyi budu: oyunları və Qdanskdakı yeniyetmələr üzrə şahmat birincliyini ancaq Fikrət müəlllim aparsın.

Nə isə…

Mətləbə dəxli olmasa da, stajlı azarkeşlərə bir sual: necə olmuşdu ki, o vaxtlar gürcü Kote Maxaradze SSRİ mərkəzi televiziyasında şərhçilik edib şan-şöhrət qazanmışdı, amma bizimkilər indiki AzTV-nin studiyasından bir addım da o tərəfə gedə bilməmişdi?

Aydın BAĞIROV

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm