Dünya futbolu
MS rəhbərliyi Qvardiola ilə bağlı qərar verdi
İngiltərənin “Mançester Siti” klubu baş məşq&…
İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “şəhərlilər”in rəhbərliyinin komandanın son iki oyunda (“Liverpul” – 0:3, “Mançester Yunayted” – 2:3) məğlub olmasına baxmayaraq, ispan mütəxəssisə yeni müqavilə təklif edəcəyi qeyd edilib. MS Qvardiolaya 2020-ci ilə kimi müqavilə təklif edəcək. Yeni anlaşmaya əsasən, Pep Mançester təmsilçisində indikindən 5 milyon funt-sterlinq artıq, 20 milyon funt-sterlinq qazanacaq.
2016-cı ildən MS-nin “sükanı arxasında” olan, cari mövsümdə Premyer Liqa çempionluğunun bir addmlığında olan Qvardiolanın rəhbərliyin bu təklifinə isti baxdığı qeyd edilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”