Ölkə futbolu
“Kəpəz”də ara qarışıb: Vəliyev daha Hüseynovun vədlərinə inanmır
“Kəpəz” yenə böhran içindədi. Nəticəsizl…
“Kəpəz” yenə böhran içindədi. Nəticəsizlik rəhbərliyi bezdirib və futbolçuların maaşları yubadılır. Bunu Gəncə icra başçısı Elmar Vəliyevin ayılması kimi də qiymətləndirmək olar.
Xəbərlərə inansaq, futbolçular fevral və mart aylarının maaşını almayıb. Bu səbəbdən legionerlər bu gün “Qarabağ”la matça çıxmayacaqları barədə xəbərdarlıq ediblər.
Əslində, klubu himayəsinə götürən AFFA-nın ödəmələrlə bağlı problemi yoxdu. Amma “Kəpəz”də büdcə bölüşdürülür. Yunis Hüseynov baş məşqçi postuna gələrkən şəhər rəhbərliyinə vədlər vermiş, “Karvan”dan tanıdığı Vəliyevi əlavə büdcə ayırmağa razı salmışdı. Heyətə götürülən legionerlərin maaşını boynuna götürən başçı, əvəzində komandanın son pillədən qurtulmasını istəyirdi. Həftələr ötür, Hüseynov vədinə əməl edə bilmir, Vəliyev də ayılıb, daha yalançının sözünə görə pul ödəmək niyyətində deyil.
Belədə Hüseynovun transferlərinin maliyyəsi kəsilib, klub da AFFA-dan gələn pulun bir qismini onlara sərf edir və maaşlarda yubanma yaranır. Keyfiyyətsiz oyunçu olmalarına rəğmən, yüksək məbləğdə maaş almalarına görə bütün hesab-kitabın qarışmasına səbəbkar olublar.
Hüseynov qışda 9 yeni oyunçu götürüb və onların 6-sı əcnəbidi. Amma nəticələrdə heç bir irəliləyiş yoxdu. Sələfi Şahin Diniyev stadion təmiri üzündən əksər oyunlarını səfərdə keçirən komandaya 12 matçda 7 xal qazandırmışdı. Yunis Hüseynov isə 10 oyundan 7-ni evdə keçirib və cəmi 5 xal görüb. Komandanın nəticələri yaxşıladırmaması bir yana, aşkar geriləmə var.
Təbii ki, Vəliyev də bunları görür və Hüseynovun vədlərinin boş olduğunu anlayır. AFFA da “Kəpəz”ə sonuncu pilləni tutmasına baxmayaraq, Premyer Liqada qalacağını gizlicə vəd etdiyindən xərc çəkməyi məsləhət bilmirlər.
Amma futbolçuların müqaviləsi var, borclar ödənilməlidi. Hüseynov bunu anlayır, başçıya isə söz deməyə üzü yoxdu, yalançı çıxıb. Vəliyev də onun üstündən çoxdan xətt çəkib. Yayda legionerlər FİFA-ya şikayət edəndən sonra bundan ziyan çəkən klub olacaq. İki yiyəsi olan, amma yetim uşaq kimi ortada qalan “Kəpəz”in görəcək günləri var…
CAVAD
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”