Ölkə futbolu
Mövsümün ən yaxşı göstəricisi: 4600 azarkeş
Topaz Premyer Liqasında 4-cü turunda qeydə alınan azarkeş say…
Topaz Premyer Liqasında 4-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, turun ilk görüşü "Azərsun Arena"da "Qarabağ" və "Sumqayıt" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 1600 nəfər izləyib.
"Bayıl Arena"da baş tutan "Səbail" – "Zirə" matçında 500, "Əlincə Arena"da reallaşan "Sabah" – "Qəbələ" qarşılaşmasında isə 1200 azarkeş qeydə alınıb.
8-ci km stadionunda keçirilən "Neftçi" – "Keşlə" qarşılaşmasını isə 1300 azarkeş stadiondan izləyib.
Beləliklə, 4-cü turda 4600 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1150 fanat deməkdi. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidi. Ən yaxşı göstərici 3-cü turda qeydə alınmışdı. Həmin turda ümumilikdə 4450 fanat qeydə alınmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”