İspaniya kubokunun püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, finala qədər bütün oyunlar məlum olub.
Maraqlısı isə budu ki, İspaniya nəhəngləri “Barselona” və “Real” finaladək qarşılaşa bilməyəcək. Əzəli rəqiblər bütün rəqiblərini məğlub etdiyi təqdirdə finalda üz-üzə gələ biləcək.
Əlavə edək ki, yarışlar 1/8 final mərhələsindən etibarən bu mövsüm də “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.






