“Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün əvvəlində heyətə qatılan Məsut Özilin transfer hekayəsini izah edib. Futbolinfo.az xəbər verir ki, ada mətbuatına danışan təcrübəli mütəxəssis onunla maraqlandıqları vaxtda PSJ-nin də araya girdiyini ifadə edib:
"PSJ də Özili istəyirdi, amma onunla əvvəldən müqavilə imzaladığım üçün üstün olan mən idim. Əvvəlcə evimə gəldi və tez qərar verdi. Hər şey 24 saatda bitdi".
Hazırda premyer-liqada liderlik edən “Arsenal” Məsutu İngiltərədə yay transfer dövrünün son günündə “Real”dan 50 milyon avroya almışdı.





