Azərbaycan 1-ci Divizonunda maraqlı hadisələr baş verməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, bu dəfə də "Şuşa"nın baş məşqçisi Nadir Qasımov gündəmə gəlib.
 
Belə ki, Qasımov "Araz Naxçıvan" – "Şuşa" (1:0) qarşılaşmasından sonra mətbuata maraqlı açıqlama verib. Baş məşqçi açıqlamasında komandanın legionerlərindən olan Əhməd Ticani və Nkansah Kristoferi heyətə daxil etmədiyini bildirmişdi. Lakin Peşəkar Futbol Liqası (PFL) oyun protokolunda hər iki futbolçunun adını göstərib. Bu da Qasımovun heyətdən xəbəri olmadığını göstərir.
Shares: