Boşko Curovski Makedoniya millisinin baş məşqçisi təyin olunub. Bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb. Futbolinfo.az xəbər verir ki, Curovski bu postda Çedomir Yanevskini əvəzləyib.
Yanevski DÇ-2014-ün seçmə mərhələsində komandanı qrup sonuncusu olmaqdan xilas edə bilməmiş, daha sonra isə Belçikanın “Mons” klubu ilə anlaşmışdı.
Qeyd edək ki, Curovski Makedoniya yığma komandasıyla 2 illik müqavilə imzalayıb.






