FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 7 pillə geriləyib.
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız indi 95-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 363 reytinq xalı var.
Göründüyü kimi, millimizin Estoniyaya məğlubiyyəti (1:2) və Qırğızıstanla heç-heçəsi (0:0) komandamızın 44 xal itirməsinə səbəb olub.
Qeyd edək ki, növbəti reytinq cədvəli dekabrın 19-da açıqlanacaq.






