DÇ-2014-ə ev sahibliyi edəcək Braziliya 12 stadionun inşası və ya yenidən təmiri üçün 2.5 milyard avro xərcləyib. Futbolinfo.az xəbər verir ki, bu məbləğ 2006-ci ildə Almaniyada və 2010-cu ildə CAR-da keçirilən iki dünya çempionatına xərclənən məbləğin cəmindən yüksəkdi.
Braziliyada dünya çempionatı üçün ən çox pul "El Mane Qarrinça" stadionunun təmiri üçün sərf olunub. Arenanın tamaşaçı tutumunun 71400-ə yüksəldilməsi 450 milyon avroya başa gəlib.
Qeyd edək ki, Almaniyada təşkil olunan DÇ-2006-da 12 stadion üçün 1 milyard 100 milyon avro, CAR-da keçirilən DÇ-2010-da isə 10 stadion üçün 1 milyard avro xərclənmişdi.





