Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan” – “Rəvan” matçının başlama vaxtı da dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qeyd edək ki, bu qarşılaşmanın keçirilmə yeri də dəyişdirilib və bu barədə xəbər vermişdik. Buna səbəb Lökbatan Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdı.
Yeni qərara əsasən “Qaradağ Lökbatan” – “Rəvan” matçı “Bayıl Arena”da keçiriləcək. Matç öncədən nəzərdə tutulduğu kimi, 13:00-da yox, bir saat tez start götürəcək.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
12:00. “Qaradağ Lökbatan” – “Rəvan”
Bakı. “Bayıl Arena”.






