Artıq üç aya yaxındı ki, zədəli olan futbol üzrə Azərbaycan millisinin və "Qəbələ"nin müdafiəçisi Rail Məlikov son bərpa mərhələsini keçmək üçün Türkiyəyə yola düşməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu dekabr ayının 9-da İstanbul şəhərinə yola düşəcək.
 
Bu barədə saytımıza futbolçu özü məlumat verib: "Hazırda fitnes və üzgüçülüyə gedirəm. Yüngül qaçışlara başlamışam. İstanbulda sonuncu bərpa mərhələsi olacaq. Düşünürəm ki, tezliklə məşqlərə başlayacam".
Shares: